Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın rabitə müəssisələri 10 ay ərzində 1,3 milyard manatlıq xidmət göstərib


Azərbaycan Dövlət Statistika Komitəsi ölkənin cari ilin yanvar-oktyabr ayları üzrə iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb.

 

Bir çox sahələrdə olduğu kimi, rabitə sektorunda da artım qeydə alınıb.
 
Komitədən verilən məlumata görə, rabitə müəssisələri ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 13.3 faiz çox rabitə xidməti göstərib.
 
Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 7.7 faiz artaraq 761.0 milyon manata çatıb və ümumi gəlirlərin 58.1 faizini təşkil edib. 
 
CAHANGİR




14/11/14    Çap et