Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron arayışla kredit verən bankların sırasına daha bir bank qoşulacaq


“Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) və “Muğanbank” ASC arasında əməkdaşlığa start verilib.
 
Mərkəzdən verilən məlumata görə, bu əməkdaşlığa əsasən artıq “Muğanbank” ASC-nin də müştəriləri “Elektron hökumət” portalı vasitəsilə elektron arayışdan istifadə edə biləcəklər.
 
Elektron arayışla kredit rəsmiləşdirmək çox asandır: “Bunun üçün müştəri “Elektron hökumət”in internet səhifəsinə  daxil olub “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” linkindən istifadə edərək arayış yarada bilər. Müştəri “Kredit ərizəsi üçün məlumatın göndərilməsi” bölməsində “Muğanbank” seçməklə arayışı onlayn rejimdə göndərməli və ya banka yaxınlaşmaqla bankın filiallarında quraşdırılmış kompüterlər vasitəsilə “Elektron hökumət” portalına daxil olub arayışı rəsmiləşdirərək banka təqdim etməlidir”.
 
Qeyd edək ki, “Elektron hökumət” portalına sadələşdirilmiş kod-parollardan, elektron imza sertifikatından istifadə etməklə, “ASAN İmza” və portal tərəfindən təklif olunan digər identifikasiya metodları vasitəsilə daxil olmaq mümkündür.
 
CAHANGİR
 




14/11/14    Çap et