Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tələbələr üçün “Proqramlaşdırma sahəsində maarifləndirmə aksiyası” təlim kursuna start verilib


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) nəzdində fəaliyyət göstərən Tələbə Problemləri Mərkəzi (TPM) "Master" İnformasiya Texnologiyaları Mərkəzi (Master İTM) ilə birgə əməkdaşlıq çərçivəsində tələbə-gənclər üçün "Proqramlaşdırma sahəsində maarifləndirmə aksiyası" təlim kursuna start verir. Layihənin məqsədi tələbələr arasında proqramlaşdırmaya marağın artırılması, bu sahənin təbliği və proqramlaşma üzrə ixtisaslaşmaq istəyən gənclərə dəstək göstərilməsindən ibarətdir.

 

ATFTİ-dən qeyd edilib ki, layihə çərçivəsində ilk olaraq ali və orta ixtisas təhsili müəssisələrində maarifləndirici  təlim, seminar və görüşlər keçiriləcək. Aksiya şəklində reallaşdırılacaq layihənin uzunmüddətli olması nəzərdə tutulur.

 

Həqiqət İSABALAYEVA







15/11/14    Çap et