Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti Türinq mükafatının dəyərini 1 milyonadək artırıb
“Google” şirkəti informasiya texnologiyaları sahəsində görkəmli nailiyyətlərə görə verilən Türinq mükafatının dəyərini dörd dəfə artırıb. Hazırda bu mükafatın dəyəri 1 milyon dollar təşkil edir.
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, informatika sahəsində ən nüfuzlu mükafat sayılan Türinq mükafatını statusuna görə tez-tez texniki elmlər üçün Nobel mükafatı ilə müqayisə edirlər. Hər il mükafatı təltif edən Hesablama Texnikası Assosiasiyasından hesab edilir ki, bu, dünyada kompüter elmlərinin nüfuzunu yüksəltməyə kömək edəcək.
Mükafat informatikanın inkişafına böyük təsir göstərmiş ingilis alimi Alan Türinqin şərəfinə təsis edilib. Mükafat 1966-cı ildən etibarən hər il təqdim edilir.
Emil Hüseynov
15/11/14 Çap et