Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Toshiba” və “Sony” öz səylərini birləşdirir


Dünyada maye kristal displeylərin ən iri 2 istehsalçıları – “Toshiba” və “Sony” smartfon və planşet kompyuterləri üçün nəzərdə tutulmuş kiçik və orta ölçülü LCD panellərinin buraxılışı üzrə öz səylərini birləşdirə bilərlər.
Ekspertlər hesab edir ki, əgər ortaq müəssisə (Toshiba Mobile Display və Sony Mobile Display birləşməsi) həqiqətən yaradılmış olacaqsa, o, “Sharp”ı qabaqlayacaq və müvafiq olaraq kiçik ölçülü maye kristal panellərin istehsalı üzrə ən böyük şirkət olacaq.
Bildirilib ki, yapon hökuməti “Sony” və “Toshiba”nın birgə layihəsini dəstəkləməyə və buna 100 milyard iena (təxminən 1,24 milyard dollar) ayırmağa hazırdır.




07/06/11    Çap et