ABŞ-ın "Microsoft" korporasiyası Hindistanın Mumbai, Puna və Çennai ştatlarında "bulud" məlumat emalı mərkəzlərinə investisiya yatırmağı planlaşdırır.
Bildirilir ki, investisiyaların məbləği 1400 kror rupi təşkil edəcək. "Bizim nəhəng "bulud" məlumat emalı mərkəzlərimizə yalnız bir regionda 600 min server xidmət göstərir. Bu, çoxsaylı hesablama texnikası deməkdir. Miqyasın genişlənməsi bizə daha rəqabət qabiliyyətli olmağa imkan verəcək", - "Microsoft Azure" şirkətinin korporativ vitse-prezidenti Ceyson Zanders deyib.
Yaradılan məlumat emalı mərkəzləri Hindistan müştərilərinə məlumatların suverenliyi ilə bağlı problemləri olan bank və telekommunikasiya sahələrində xidmət göstərəcək. "Gartner" analitik şirkətinin məlumatına görə, 2017-ci ildə Hindistanda "bulud" servisləri bazarının həcmi 2013-cü ildəki 2550 kror rupidən (423 milyon dollar) 1,3 milyard dollaradək artacaq, - "Internetua" yazır.