Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Kasperski laboratoriyası" istənilən cihaz və fərdi kompüter üçün universal müdafiə təqdim edib


"Kasperski laboratoriyası" fərdi kompüter (FK), smartfon və planşetlər üçün kompleks müdafiə elan edib. “Kaspersky Total Security" adlanan yeni məhsul “Kaspersky Crystal” həllini əvəz edəcək.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, təqdim edilmiş paket “Windows” və “Mac OS X” platformaları ilə işləyən kompüter, həmçinin “Android”, “iOS” və “Windows Phone” sistemləri ilə işləyən mobil cihazların müdafiəsi üçün çoxlu sayda funksiya ilə təchiz edilib. Müxtəlif elektronika qurğularının təhlükəsizliyi lisenziyaları idarə etməyə, sazlamaları dəyişdirməyə, uzaq məsafədən skan etməni işə salmağa, məlumat bazalarını yeniləməyə və vahid pəncərədə bütün müvafiq qurğuların müdafiə statusuna baxmağa imkan verən “My Kaspersky” portalına inteqrasiya nəticəsində təmin olunur.

Tərtibatçılar "Kaspersky Total Security" proqram paketinin əsas xüsusiyyətləri arasında şifrələrin yaradılması və təhlükəsiz saxlanılması menecerinin mövcudluğunu, məlumatların “bulud”a avtomatik ehtiyat köçürülməsi sistemləri, internetdə ödənişlərin müdafiəsi alətləri, FK üçün valideyn nəzarəti funksiyalarını qeyd ediblər.

 Emil Hüseynov




17/11/14    Çap et