Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platformasında işləyən ən güclü smartfon hansıdır?


Mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar “AnTuTu”  proqramının tərtibatçıları cari ilin üçüncü rübü üzrə ən güclü “Android” smartfonlarının reytinqini dərc ediblər.

"ICTnews" elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, ilk onluqda birinci pillədə Çinin “Meizu MX4” smartfonu qərarlaşıb. Yoxlamanın nəticəsinə görə bu cihaz 48792 bal toplayıb. Sonrakı pillədə 48622 bal toplamış Cənubi Koreyanın “Samsung Galaxy Note 4” aparatı yer alıb.

Reytinqdə dördüncü pillə Çinin “OnePlus One” smartfonuna (44795 bal) nəsib olub.

Çinin “Meizu MX4” qabaqcıl smartfonu cari il sentyabrın əvvəlində təqdim edilib. Qurğu 1920x1152 piksel təsvir ölçülü 5,4 düymlük IPS ekran, eyni anda işləyən 8 hesablama nüvəsinə malik prosessor, 2 QB əməli və 16 QB daxili yaddaş, 20 meqapiksellik əsas kamera, LTE və Wi-Fi modulları ilə təchiz olunub.


Emil Hüseynov
 





17/11/14    Çap et