Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sinam” şirkəti "startup" layihələrini maliyyələşdirmək niyyətindədir


Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan "Sinam" "Startup Azərbaycan" layihəsi çərçivəsində sərmayədar kimi çıxış etmək niyyətindədir.
 
Şirkətin rəhbəri Elçin Əliyev bildirib ki, gələn il "Sinam"ın yaratdığı "Gomap" naviqasiya sisteminin inkişafı layihəsi çərçivəsində, portalın üzərində yeni əlavə proqramların yaradılması nəzərdə tutulur.
 
"Bizim bu planların reallaşdırılmasında bacarıqlı "startupçı"lara ehtiyacımız var və biz artıq layihənin rəhbərliyi ilə bununla bağlı danışıqlar aparırıq. Naviqasiya sistemləri ilə bağlı və digər maraqlı "startup"ları maliyyələşdirməyə hazırıq. Bununla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə naviqator sistemini yaratmaq niyyətindəyik və bu istiqamətdə müəyyən işlərə başlamışıq",- deyə o bildirib.
 
Aynur Vəliyeva




17/11/14    Çap et