Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İsraildə “texnoloji ağaclar” quraşdırılıb
Adi ağaclar günəş işığını kimyəvi enerjiyə, “texnoloji ağaclar” isə məsələn, elektron qurğuların enerji toplaması üçün enerjiyə çevirir. İsrailin “Sologic” şirkəti bu ideyanı reallaşdırıb.
"ICTnews" elektron xəbər xidməti “texnomaniya.ru” saytına istinadən bildirir ki, "eTree" çətirin əvəzinə çoxsaylı günəş batareyalarını dəstəkləyən metal gövdədən ibarətdir. 8 bitlik kompüter oyununda piksel təsviri xatırladan konstruksiya batareya enerjisini qurğuların enerji toplamasından ötrü USB çıxışlara, informasiyalı LCD ekranlara ötürür, “Wi-Fi” çıxış və gecə işıqlandırmasına şərait yaradır.
"Biz nəhəng şirkətlərin daima genişmiqyaslı sistemlər üzərində işlədiyini görürük – “Sologic” şirkətinin təsisçisi Maykl Lesri deyib. İndi isə biz günəş enerjisinin hər kəsə əlçatan olduğunu görürük".
Birinci “günəş ağacları” İsrailin Zixron şəhərində quraşdırılıb. “Sologic” şirkəti “texnoloji ağaclar”ın çox hissəsini Çin və Fransaya satmağı planlaşdırır.
Bir belə ağacın qiyməti təxminən 100 min dollardır. 7 günəş paneli 1,4 KVT elektrik enerjisi generasiya edir. Bu, 35 noutbukun işi üçün kifayətdir.
Emil Hüseynov
17/11/14 Çap et