Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda” layihəsi davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan "Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda" layihəsi Azərbaycan Texniki Universitetində (AzTU) təqdim olunub.
Universitetdən verilən məlumata görə, tədbirdə AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı bildirib ki, bu layihə informasiya cəmiyyətinin tələblərinə uyğun sağlam, savadlı, vətənpərvər gənc nəslin təlim və tərbiyəsi üçün mühüm əhəmiyyət kəsb edir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, layihənin rəhbəri Şahzadə Mədətova təqdim olunan layihənin məqsəd və məramı haqqında məlumat verib.
Azərbaycan Texniki Universitetinin baş müəllimi Rasim Abdullayev internetin, sosial şəbəkələrin üstünlüklərindən, eləcə də neqativ təsirlərindən söz açıb.
Qeyd edək ki, sözügedən layihə gənclərin sosial şəbəkələrdən səmərəli və məqsədyönlü istifadə etmələri üçün maarifləndirmə işlərinin aparılması məqsədi daşıyır.
CAHANGİR
17/11/14 Çap et