Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” Afrikanı ödənişsiz internetlə təmin etməyə hazırlaşır
“The Telegraph” nəşri yazır ki, “Facebook” və “Avanti” telekommunikasiya şirkətinin Afrikada reallaşdırmaq istədiyi layihə adıçəkilən qitə əhalisini ödənişsiz internetlə təmin edəcək.
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, hər iki şirkətin nümayəndələri bu informasiyanı şərh etməkdən imtina ediblər. Məlumdur ki, “Avanti” telekommunikasiya şirkətinin Afrika üzərində iki rabitə peyki var. Ən yaxın vaxtlarda daha iki belə aparat buraxmağı planlaşdırır.
Nəşr yaxın mənbələrə istinadən yazıb ki, yaxın vaxtlarda razılıq əldə olunacaq. Mark Zukerberq üçüncü dünya ölkələrinin internetlə təmini ehtiyacı haqda dəfələrlə danışıb.
Emil Hüseynov
17/11/14 Çap et