Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hava şarlarında “4G” standartında işləyən baza stansiyaları quraşdırılacaq
"The Guardian" nəşri yazır ki, "Google" və "Telstra" şirkəti Avstraliyanın qərbində 20 hava şarını sınaqdan keçirir. Onların köməyi ilə Avstraliyanın əlçatmaz rayonlarını mobil rabitə və mobil internetlə təmin etmək planlaşdırılır.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, bu, dünyanın ucqar nöqtələrini helium qazı ilə doldurulmuş hava şarlarının köməyi ilə mobil rabitə ilə təmin etmək üzrə "Google" şirkətinin "Loon" layihəsinin son hazırlıq mərhələsidir. Hava şarlarında "4G" standartında işləyən baza stansiyaları quraşdırılacaq.
Şirkətin son hədəfi planeti əhatə edən belə hava şarlarından şəbəkə təşkil etməkdir. Nəticədə indiyədək "Ümumdünya hörümçək toru"na çıxışa malik olmayan insanların 2/3-i internetə çıxış əldə edəcək.
2011-ci ilin ortalarından "Loon" layihəsi üzərində iş aparılır.
Emil Hüseynov
17/11/14 Çap et