Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” öz video xidmətini hazırlayır
Cənubi Koreyanın “Samsung” şirkəti “Volt” xidmətini hazırlayaraq video striminq bazarına çıxmaq istəyir.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Netflix”dən fərqli olaraq “Samsung”un video xidməti film və seriallara deyil, qısametrajlı məzmuna üstünlük verəcək. Xatırladaq ki, korporasiya bundan əvvəl “Media Hub” adlı başqa video xidmət yaratmağı sınaqdan keçirib, amma hazırda artıq bu layihə dayandırılıb.
Layihənin direktoru kimi əvvəllər “Disney” şirkətində işləmiş Con Plizants seçilib. “Volt” video xidmətinin əsas özəlliyi ondan ibarətdir ki, xidmətdə bütün məzmun qısametrajlı, amma eksklüziv olacaq.
Emil Hüseynov
18/11/14 Çap et