Müxtəlif oyunları dəstəkləyən ilk mobil telefonun yaradılmasından 20 il ötüb
20 il bundan əvvəl – 1994-cü ildə öncədən oyun quraşdırılmış ilk mobil telefon satışa çıxarılıb. Bu, “Hagenuk MT-2000” aparatı olub.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, sözügedən qurğu Danimarkada hazırlanıb və istehsal edilib. Monoblok formalı, rəqəmli klaviatura və ağ-qara rəngli ekran təqdim edilmiş telefonun əsas özəlliyi olub. “Hagenuk MT-2000” aparatı, həmçinin “GSM” mobil şəbəkəsini dəstəkləyib.
Telefona quraşdırılmış oyun sovet proqramçısı Aleksey Pajitnov tərəfindən yaradılmış “Tetris” olub. Bu oyun “Hagenuk MT-2000” aparatının buraxılmasından on il əvvəl çıxarılıb.
Emil Hüseynov