Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən iri şəhərlərinin texnoloji yetkinliyinin yeni reytinqi tərtib olunub


“Ericsson” şirkəti tərəfindən “Networked Society City Index 2014” reytinqi dərc edilib.

Reytinqdə dünyanın 40 böyük şəhərinin informasiya-kommunikasiya texnologiyalarından (İKT) iqtisadi və sosial sahələrdə istifadə, eləcə də onun ekologiyaya təsiri üzrə texnoloji yetkinlik səviyyəsi qiymətləndirilir. Bu barədə şirkətin məlumatında deyilir.

Tədqiqat zamanı şirkət aydınlaşdırıb ki, İKT-nin zəif səviyyədə nüfuz etdiyi şəhərlər texnoloji baxımdan inkişaf etmiş şəhərlərlə müqayisədə daha sürətlə inkişaf edərək tədricən mövcud geriliyi aradan qaldırırlar. Tədqiq edilən şəhərlərin əksəriyyəti bahalı infrastrukturun tikintisindən imtina edərək ən yeni mobil əlavələri üstün tutmaqla irəliyə çıxmaq imkanına malikdir.
 
Reytinqin ilk beş pilləsini Stokholm, London, Paris, Sinqapur və Kopenhagen kimi şəhərlər tutsa da, bu il Paris Sinqapuru üçüncü yerdən sıxışdıra bilib. Reytinqə 9 yeni şəhər (Berlin, Münhen, Barselona, Afina, Roma, Varşava, Məsqət, Əbu-Dabi və Dubay) daxil olub. Tədqiqatçılar qeyd edirlər ki, texnoloji inkişaf hazırda şəhərin beynəlxalq səviyyədə işgüzar əlaqələri üçün rəqabət qabiliyyətinin artırılmasında böyük əhəmiyyətə malikdir.
 
Hesabatda həmçinin şəhərlərin texnoloji inkişafının əsas tendensiyaları təqdim olunub:
 
 
 
 
 
“Networked Society City Index” hesabatı "Ericsson” tərəfindən "Sweco” elmi texnoloji şirkəti ilə birgə hazırlanıb.
 
Reytinqin liderlər üçlüyündə Stokholm, London, Paris şəhərləri yer alıb. Bundan başqa, reytinqə daxildir: Əbu-Dabi, Afina, Barselona, Pekin, Berlin, Buenos-Ayres, Qahirə, Kopenhagen, Dehli, Doha, Dubay, Helsinki, Honkonq, İstanbul, Cakarta, Yohannesburq, Karaçi, Laqos, Los-Anceles, Manila, Mexiko, Mayami, Moskva, Məsqət, Mumbai, Münhen, Nyu-York, Oslo, Roma, San-Paulu, Seul, Şanxay, Sinqapur, Sidney, Taybey, Tokio və Varşava, - “IT Expert ” yazır.  
 




18/11/14    Çap et