Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda şagirdlərin məktəblərə qəbulu elektron qaydada, müəllim seçimi isə xüsusi proqram vasitəsilə aparılacaq


Ümumtəhsil müəssisələri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) arasında məlumat mübadiləsini asanlaşdırmaq məqsədi ilə bütün məktəblərə xüsusi korporativ elektron poçt ünvanları açılıb. İdarə və təhsil müəssisələri arasında yazışmalar elektron poçt vasitəsilə aparılır.

Bu barədə məlumat verən BŞTİ-dən bildirilib ki, ictimaiyyətin məktəblərin fəaliyyətini daha yaxından izləməsi məqsədi ilə ümumtəhsil məktəblərinin saytlarının yaradılması istiqamətində işlər görülür və ilin sonundan bu saytların istifadəyə verilməsi nəzərdə tutulub:
 
 “Növbəti ilin fevral ayından etibarən şagirdlərin məktəblərə qəbulu elektron qaydada (məktəb seçimi elektron qaydada valideyn tərəfindən, müəllim seçimi isə xüsusi proqram tərəfindən həyata keçirilməklə) aparılacaq. Beləliklə, valideynlərin məktəb seçimi və qeydiyyatı prosesi asanlaşdırılacaq və yarana biləcək mənfi halların qarşısı alınacaq”.
 
 
Həqiqət İSABALAYEVA




18/11/14    Çap et