Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” “Android” ilə işləyən planşetini nümayiş etdirib


“Nokia” şirkətinin mobil telefon bazarını tərk etməsinə baxmayaraq, Finlandiya şirkəti “Android” əməliyyat sistemini diqqət mərkəzində saxlayır. Bu gün elan edilmiş yeni “Nokia N1” planşet kompüteri məhz adı çəkilən əməliyyat sistemi ilə işləyir.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni cihaz 2048x1536 piksel təsvir ölçülü, IPS matrisli, işıq diodu işıqlandırıcısı və “Gorilla Glass 3” qoruyucu şüşəsinə malik 7,9 düymlük ekranla təchiz edilib. Cihaz 2.3 QHs takt tezlikli 64 bit “Intel Atom Processor Z3580” prosessoru, 2 QB əməli yaddaş və “PowerVR G6430” qrafik sürətləndiricisi ilə təchiz edilib.
 
Daxili yaddaşın tutumu 32 QB təşkil edir. Əsas kamera 8 meqapiksellik təsvir ötürücüsünə malikdir. Selfi və videozənglər üçün “Full HD” formatında video çəkmək imkanına malik 5 meqapiksellik ön fotomodul nəzərdə tutulub.
 
Qurğu 5300 milliamper/saat tutumu akkumulyator batareyası ilə təchiz edilib. Məhsulun korpusu 6.9 mm qalınlıqlı alüminiumdan hazırlanıb. Planşet “Android” əməliyyat sistemindən istifadə edir.
 
“Nokia N1” modelinin qiyməti 250 dollar təşkil edəcək. İstehsalçı qurğunun satışa çıxarılma müddətini açıqlamayıb.
 
Emil Hüseynov
 

 




18/11/14    Çap et