Berlin kibercasusluğun paytaxtı adlandırılıb
Almaniya Kəşfiyyat Xidmətinin rəhbəri Hans Qeorq Maassen Berlini kibercasusluğun paytaxtı adlandırıb.
O, bunu onunla izah edib ki, ölkənin iqtisadiyyatı, müdafiəsi və beynəlxalq münasibətləri hakerlər üçün hədəfdir. Onun sözlərinə görə, hər gün ölkə hökumətinin və şirkətlərinin internet resurslarına 300-dən çox kiberhücum qeydə alınır.
“Biz Almaniyanın hökumət və şirkətlərinin İT infrastrukturuna kiberhücumların görünməmiş artımını müşahidə edirik”, - o bildirərək hər gün beş kiberhücumun ciddi təhlükə törətməsini qeyd edib.
Bununla yanaşı, kəşfiyyat xidmətinin rəhbəri vurğulayıb ki, kiberhücumlar adətən Rusiya və Çindən həyata keçirilir.
Qeyd olunur ki, kiberhücumlar daha çox “Böyük iyirmiliyin” sammiti kimi beynəlxalq tədbirlər ərəfəsində qeydə alınır, - "
Lenta” yazır.