Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kanadalı təyyarənin bortunda “Wi-Fi”dan istifadəyə görə 1500 dollar ödəyəcək


“The Malaysian Insider” nəşri yazır ki, “Singapore Airlines” şirkətinin sərnişini bildirib ki, təyyarənin bortunda “Wi-Fi”dan istifadəyə görə ona 1500 dollar məbləğində hesab təqdim ediblər.
 
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, kanadalı Ceremi Qatş hesabın fotoşəklini “Twitter”də yerləşdirib. O, həmçinin öz saytında yazdığı postda iddia edib ki, 30 MB internet trafikinə görə 29 dollar ödəməyə razılaşıb. Ancaq ondan əlavə 1142,47 dollar tələb ediblər, ona görə ki, guya o, bu həcmdən çox sərf edib.
 
Qatş deyib ki, o, uçuş zamanı 155 səhifəyə daxil olub, bir neçə elektron məktub yazıb və ümumi həcmi 4 MB olan bir neçə sənəd yükləyib. Sərnişin şikayət edib ki, “OnAir” şirkəti tərəfindən təqdim edilmiş internetin sürəti son dərəcə zəif olub.
 
Aviaşirkətin nümayəndəsi bildirib ki, Qatş artıq onlarla əlaqə saxlayıb və məsələ yaxın vaxtlarda öz həllini tapacaq.
 
Emil Hüseynov
 




19/11/14    Çap et