Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən güclü superkompüterinin adı açıqlanıb


Çin Milli Müdafiə Texnologiyaları Universiteti tərəfindən hazırlanan “Tianhe-2” superkompüteri dünyanın ən güclü superkompüterləri siyahısında lider olaraq qalır.

Belə ki, “Tianhe-2” bu günlərdə dərc edilən beynəlxalq Top-500 reytinqində yenidən birinci yeri tutub. İldə iki dəfə yenilənən siyahıda dünyanın 500 ən məhsuldar kompüter sistemi yer alır. 
 
"Linpack” testində məhsuldarlığı 33,86 petaflopsa çatan “Tianhe-2” saniyədə 33,86 kvadrilyon kompüter əməliyyatını yerinə yetirməklə birincidir. İkinci yerdə 17,59 petaflops məhsuldarlıq nümayiş etdirən ABŞ-ın Tennesi ştatının Ouk-Ric Milli Laboratoriyasına məxsus “Titan” superkompüteri qərarlaşıb.
 
Ümumilikdə ilk onluğa yalnız bir yeni sistem daxil ola bilib. Bu, ABŞ-ın adı açıqlanmayan dövlət müəssisəsində quraşdırılan "Cray CS-Storm” (3,57 petaflops) sistemidir.
 
ABŞ Top-500 reytinqində superkompüterlərin sayına (231) görə lider mövqeyini qoruyub. Reytinqin dərc edildiyi 44 buraxılış ərzində ABŞ-ın mövqeyi tarixi minimuma enib.
 
Avropa öz iştirakını ötən ilin iyununa nisbətdə 130 superkompüterdən 166-dək artırıb. Asiya isə əksinə, 132-dən 120-dək, Çin 76-dan 61-dək azaldıb. Yaponiya superkompüterlərin sayını 30-dan 32-dək artırmaqla öz mövqeyini qoruya bilib, - “Xaker” yazır.




19/11/14    Çap et