Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ildə qlobal smartfon satışları 1,3 milyarda çatacaq


Tayvanın “ITRI” elmi tədqiqat institutu nəzdində “Industrial Economics and Knowledge Center” (IEK) mərkəzinin ekspertlərinin proqnozuna görə, orta və aşağı qiymət kateqoriyasına məxsus modellərə yüksək tələbat sayəsində 2014-cü ildə dünyada smartfonların satış həcmi 28,9% artaraq 1,3 milyarda çatacaq.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sonralar ucuz qurğulara tələbat artmağa davam edəcək: 2016-cı ilədək 200 ABŞ dollarından aşağı qiymətli smartfonlar bazarda mövcud aparatların ümumi həcminin 54%-ni təşkil edəcək.
 
Regional nöqteyi-nəzərdən inkişaf etməkdə olan bazarlar smartfon sahəsinin artımına səbəb olacaq. Hindistan, Cənub-Şərqi Asiya, Yaxın Şərq və Latın Amerikası kimi regionlar sayəsində növbəti il smartfonların satış həcmi yenidən artacaq, “IEK”-in elmi işçisi Vika Ye deyib və əlavə edib ki, ən böyük smartfon istehsalçıları sadalanan bazarlarda vəziyyəti diqqətlə izləyirlər və öz mövqelərini möhkəmləndirməyə çalışırlar.
 
Emil Hüseynov

 
 




19/11/14    Çap et