Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Orta statistik ABŞ ailəsi 5 internet qurğusuna malikdir


“Ericsson” şirkətinin məlumatına görə, ABŞ-da ev təsərrüfatlarının 90 faizi üç və ya daha çox internetə çıxışı olan qurğuya malikdir.

Həmçinin ailələrin təxminən yarısında beş və ya daha çox, dörddə bir hissəsində yeddi və daha çox belə qurğu var. ABŞ ailələrində internet qurğularının orta sayı hazırda 5,2 təşkil edir və bu rəqəm durmadan artır.

Bu qurğuların əksəriyyəti mobil qurğulardır və ailələrdə adətən bir neçə fərdi kompüterdən istifadə olunmur.

ABŞ-da həmçinin “LTE” dördüncü nəsil mobil rabitə şəbəkəsi sürətlə inkişaf edir. 2013-cü ildə operatorların bütün abunəçilərinin 25 faizindən çoxu bu protokoldan istifadə edib. Cari ilin yekunları üzrə bu rəqəmin 40 faizədək artacağı proqnozlaşdırılır.

“Ericsson” tədqiqat zamanı ABŞ-da, eləcə də dünyada daha bir neçə maraqlı fakt aşkar edib. Bunlar aşağıdakılardır:





19/11/14    Çap et