Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“5G” şəbəkəsi ilk dəfə Rusiyada işə salına bilər
Çinin telekommunikasiya avadanlığı və smartfon istehsalçısı “Huawei” şirkəti Rusiyanın "Meqafon" mobil operatoru ilə əməkdaşlıq çərçivəsində beşinci nəsil mobil şəbəkə üzərində işə başladığını elan edib.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, birinci “5G” əhatə zonaları Rusiyada artıq 2018-ci ildə işə salına bilər.
“Huawei” və "Meqafon" nümayəndələri bildiriblər ki, “5G” şəbəkələrində buferləşdirməni gözləmədən axın videosunu izləmək mümkün olacaq, həmçinin şəbəkədə yüklənmə və siqnal ötürülməsində ləngimə azalacaq. Şirkətlər razılaşıb ki, "Meqafon"un mütəxəssisləri ilk dəfə rabitə standartının hazırlanmasında iştirak edə və onun texnoloji xüsusiyyətlərinə təsir edə biləcək.
Hesab edilir ki, 2017-ci ildə Rusiyada birinci “5G” sınaq zonaları işə salınacaq və Futbol üzrə Dünya çempionatının başlanmasınadək oyunların planlaşdırıldığı şəhərlərdə artıq bir neçə işçi əhatə zonası olacaq.
Qeyd edək ki, Böyük Britaniyada 2022-ci ildə, Yaponiya və Cənubi Koreyada isə 2020-ci ildə “5G” şəbəkəsinin işə salınması gözlənilir.
Emil Hüseynov
19/11/14 Çap et