Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın onlayn xidmətlər portalında 6 milyona yaxın tranzaksiya aparılıb
Azərbaycanda onlayn ödənişlərə maraq günü-gündən artır. “Hesab.az” onlayn xidmətlər portalından istifadə sayının sürətlə artması da bunun göstəricilərindən hesab oluna bilər.
Hazırda sözügedən portalın istifadəçilərinin sayı 140 mini ötüb. Portalda ümumilikdə 6 milyona yaxın tranzaksiya həyata keçirilib.
Qeyd edək ki, “GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsi ilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyaların ödənişlərini həyata keçirə bilərlər. Portalda lizinq və bank kreditlərinin ödənişi, kredit və lizinq üçün müraciət və sığorta polislərinin onlayn rejimdə əldə edilməsi xidmətləri də göstərilir.
CAHANGİR
20/11/14 Çap et