Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil internet daha da məşhurlaşır
Böyük Britaniyanın milli statistika departamenti (ONS) ölkə veb-istifadəçilərinin, demək olar ki, yarısının mobil telefon və ya smartfon vasitəsilə şəbəkəyə daxil olduğunu hesablayıb.
ONS-in hesablamalarına əsasən, 45% Britaniya veb-istifadəçisi internetdə iş üçün mobil aparatlardan istifadə edir. Bir il əvvəl bu göstərici 31%-ə bərabər idi. 16-24 yaş qrupunda nəticə daha yuxarı - 71% olub.
Lakin yaşlı insanlar, xüsusilə 65 yaşında olanlar yeni texnologiyalar ilə maraqlanmırlar: bu yaş qrupunda mobil internet respondentlərin cəmi 8%-nə lazımlıdır.
Sorğu nəticəsində, həmçinin məlum olub ki, 57% Britaniya veb-istifadəçisi sosial şəbəkə (2010-cu ildə 43%) saytlarına daxil olur; 16-24 yaş arasında bu göstərici 91%-dir.
01/09/11 Çap et