Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gorilla Glass 4”-ün şüşəsi daha da möhkəmləndirilib


“Corning” şirkəti 3 milyarddan çox qurğunun ekranını qoruyan “Gorilla Glass” şüşəsinin yeni nəslini nümayiş etdirib. Şüşənin möhkəmliyi iki dəfə yüksəlib və 80% halda bir metr hündürlükdən asfalt, beton döşəmə kimi sərt səthə düşdükdə sınmayacaq.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, sınaq zamanı sərt səth qismində sumbata kağızı istifadə olunub. “Corning” tədqiqatçılarının 1 metr hündürlükdən tulladığı “Gorilla Glass 4” şüşəsi 80% halda sınmayıb. Beləliklə, yeni qoruyucu şüşə üçüncü nəsil “Gorilla Glass” ilə müqayisədə iki dəfə daha möhkəmdir.
 
“Gorilla Glass” qoruyucu şüşəsinin yeni nəsli sələfləri kimi, həmçinin şəffafdır.
 
“Gorilla Glass” qoruyucu şüşəsi bütün tip qurğularda (smartfonlar, planşet, noutbuk və sairə) ekranların müdafiəsinə xidmət edir. İstehsalçı “Acer”, “Dell”, “Hewlett-Packard”, “HTC”, “LG”, “Samsung”, “Motorola” şirkətləri daxil olmaqla 33 böyük brend ilə əməkdaşlıq edir.
 
Emil Hüseynov
 
 




21/11/14    Çap et