Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Komissiyasına ünvanlanan elektron sorğuların sayı artıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya oktyabr ayı ərzində elektron ünvanına daxil olan sorğuların statistikası, məzmunu və cavablandırılması barədə hesabatı saytında yerləşdirib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, hesabatda göstərilir ki, bu müddətdə komissiyanın elektron ünvanına 78 sorğu daxil olub.
Elektron sorğulardan 15-i dövlət qulluğuna qəbul qaydaları, 12-si test imtahanı tarixi, 10-u digər məsələləri əhatə edib.
Müsabiqədə iştirak etmək üçün komissiyanın saytında onlayn qeydiyyatdan keçməklə bağlı 6, növbəti müsabiqənin tarixinə dair 5, Dövlət Qulluğu Məcəlləsi ilə əlaqədar 3 sorğu daxil olub.
Bununla yanaşı, dövlət qulluğu qanunvericiliyinə dair 2, müsabiqənin test imtahanı mərhələsində əldə olunan “C” nəticəsi ilə əlaqədar 1, test imtahanı mərhələsində keçid balı ilə bağlı 1 elektron sorğu qeydə alınıb.
Eyni zamanda, hər biri 1 ədəd olmaqla komissiyanın səlahiyyətinə aid olmayan məsələlərlə, elan olunmuş müsabiqədə qeydiyyatdan keçmiş namizədin seçdiyi vəzifənin dəyişdirilməsi, həmçinin müsabiqənin müsahibə proqramı ilə bağlı müraciətlər ünvanlanıb.
Sözügedən müddətdə komissiyaya 13 CV, 5 təşəkkür məktubu və 2 təklif göndərilib.
Bütün sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb.
Qeyd edək ki, sentyabr ayında isə komissiyaya 57 elektron sorğu daxil olub.
CAHANGİR
21/11/14 Çap et