2015-ci ildə internet istifadəçilərinin sayı 3 milyardı ötəcək
“Emarketer” analitik şirkətinin araşdırmasına əsasən, 2015-ci ildə internet istifadəçilərinin sayı 6.2% artaraq 3 milyardı ötəcək və ya planetin əhalisinin 42.4%-ni təşkil edəcək.
"ICTnews" elektron xəbər xidməti “emarketer.com” saytına istinadən bildirir ki, 2014-cü ildə internet istifadəçilərinin sayının 2.89 milyard olacağı təxmin edilir. Şirkətin qiymətləndirməsinə əsasən, 2018-ci ilədək planet əhalisinin yarısı və ya 3.6 milyard insan ayda ən azı bir dəfə internetə daxil olacaq.
2016-cı ildə Çin internet istifadəçilərinin sayına görə lider olacaq
“Emarketer”in ölkələr üzrə göstəricilərinə gəldikdə, 700 milyon internet istifadəçisinə malik Çin reytinqdə liderlik edəcək. 283 milyon internet istifadəçisinə malik Hindistan ikinci, ABŞ (264 milyon) isə üçüncü pillədə yerləşəcək.
Emil Hüseynov