Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İki il sonra “Windows Phone” biznes-seqmentdə “Android” platformasını geridə qoyacaq


“Windows Phone” populyarlığına görə dünyanın üçüncü mobil əməliyyat sistemidir. “Microsoft”un məhsuluna “Android” və “iOS” platformasına çatmaq heç də asan deyil, amma yaxın illərdə proqram nəhəngi korporativ seqmentdə öz yerini tutacaq.

“CCS Insight” tədqiqat şirkətinin proqnozuna görə, 2016-cı ilin sonunadək “Windows Phone” korporativ sektorda “Android” və “BlackBerry” ilə müqayisədə daha populyar mobil platforma olacaq, amma əvvəlki kimi “iOS” platformasına uduzacaq.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər bildiriblər ki, “Windows Phone” ucuz istifadə qiymətinə və server sistemləri ilə asan inteqrasiyasına görə şirkətləri cəlb edir.

“Mobile News CWP” nəşrinin iyun müsahibəsində “Windows Phone” hazırlamasının Britaniya nümayəndəliyinin direktoru Leyla Martin deyib ki, 2015-ci ilədək “Microsoft” korporativ bazarda “Apple”ı ötməyə və artıq istehlak bazarında öz payını iki dəfə artırmağa ümid edir.

Qeyd etmək lazımdır ki, “Microsoft” mobil qurğular bazarına böyük ümid edir, buna görə “Windows Phone” platformasını inkişaf etdirir. 2014-cü ilin iyulundan etibarən “Windows Phone” platformasını öz qurğusuna quraşdırmaq istəyən istehsalçılardan ödəniş alınmır.

Proqram nəhəngi “Windows Phone” platformasından istifadəyə görə ödənişi ləğv etməklə “Samsung”, “HTC”, “Huawei”, “Lenovo” və “ZTE” kimi şirkətləri özünə cəlb edib.

Emil Hüseynov




21/11/14    Çap et