Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” 2015-ci ildə ödənişsiz video xidmətini istifadəyə verəcək


“The New York Post” nəşri yazır ki, ABŞ-ın “Amazon” şirkəti 2015-ci ilin əvvəlində axın video xidməti işə salmağı planlaşdırır.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mənbələrin məlumatına görə, xidmətdə reklam göstərildiyinə görə tamaşaçılar üçün ödənişsiz olacaq. Bu xüsusiyyət yeni xidməti “Amazon” şirkətinin mövcud “Prime Instant Video” video xidmətindən fərqləndirir.

Şirkətin artıq oxşar təcrübəsi var. Cari ilin iyununda “Amazon” məşhur serial və televiziya şousunun ilk epizodlarını ödənişsiz, lakin reklamla izləməyə imkan verən “Instant Video” tətbiqinin “iOS” və “Android” platformaları üçün versiyalarını yeniləyib. Ancaq verilişlərə sonrakı baxış üçün abunə haqqı ödəmək lazımdır.

Emil Hüseynov
 




22/11/14    Çap et