Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“E-Pul.az” portalında qeydiyyatdan keçmiş istifadəçilər ödənişlərə görə bonus alacaqlar


"E-Pul.az" portalında qeydiyyatdan keçmiş bütün istifadəçilər həyata keçirdikləri hər bir ödənişə görə bonuslar alacaq. 
 
"ICTnews" elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, "Hesabların Ödənişi" bölməsində ödənilən hər bir manata görə istifadəçi 100 bonus xalı,  "Bank Xidmətləri" bölməsində ödənilən hər bir manata görə isə 10 bonus xalı qazanacaq. 
 
Qeyd edək ki, "E-Pul" cihaz və rabitə kanallarını istifadə edərək ödəniş etməyə imkan yaradan bir elektron ödəniş sistemidir. 
 
CAHANGİR




22/11/14    Çap et