Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İT mütəxəssislərin üçdə biri smartfonlarında kompromat fotoşəkillər saxlayır
Londonda “IP EXPO 2014” sərgisində iştirakçı və qonaqlar tərəfindən keçirilmiş sorğuya əsasən, İT peşəkarların 39%-i etiraf edib ki, öz smartfonlarında xeyli kompromat fotoşəkil saxlayırlar.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, respondentlərin 46%-i həmçinin deyib ki, korporativ informasiyaya malik mobil qurğunun itirilməsi və məlumatların sonradan ələ keçirilməsi onların şirkətini riskə məruz qoyacaq.
“ESET” şirkətinin press-relizinə əsasən, İT mütəxəssislərin 22%-i mobil qurğularda məlumatların uzaq məsafədən silinməsi vasitələrindən istifadə etmir.
“Foto, video və ya istənilən başqa kompromat materialın cinayətkarların əlinə keçməsini istəmirsinizsə, dərhal telefondan silin" – İT təhlükəsizlik sahəsində ekspertlər tövsiyə ediblər.
Emil Hüseynov
24/11/14 Çap et