Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiya Federasiyası və Səudiyyə Ərəbistanına qarşı casus virusu yaradılıb
“Financial Times” qəzeti yazır ki, internetdə Rusiya və Səudiyyə Ərəbistanı əleyhinə “Regin” casus virusu yaradılıb.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, antivirus proqramlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən biri olan ABŞ-ın “Symantec” şirkəti “Regin”i hazırda məlum olan ən mükəmməl casus proqramı kimi xarakterizə edib.
“Symantec” antivirus şirkəti “Regin”i İranın nüvə proqramını ciddi ləngidən “Stuxnet” casus virusu ilə müqayisə edir. “Symantec” ekspertləri hesab edir ki, “Regin” casus proqramı “Stuxnet” ilə müqayisədə daha mükəmməldir.
"Stuxnet”i xatırladan virus məlumatın toplanılması ilə məşğul olur, dünyanın ən mükəmməl zərərli proqramı adlandırılır, hədəfi Rusiya və Səudiyyə Ərəbistanının telekommunikasiya şirkətləridir" – “Financial Times” nəşri yazıb.
"Symantec” şirkətindən bildirilib ki, “Regin” adlı zərərli proqram, ola bilsin ki, Qərbin xüsusi xidmət orqanlarından biri tərəfindən idarə olunur. Bu, “Stuxnet” virusu ilə müqayisədə daha mükəmməl proqramdır, 2010-cu ildə İranın nüvə proqramının qarşısını almaq üçün ABŞ və İsrail hökumətlərinə işləyən hakerlər tərəfindən hazırlanıb" – nəşr yazıb.
Emil Hüseynov
24/11/14 Çap et