Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekvador prezidenti ABŞ hakerlərini ittiham edib


Ekvador prezidenti Rafael Korrea ABŞ ərazisindən onun internet hesablarına müdaxilə cəhdləri haqda məlumat verib. Bu haqda dövlət başçısı noyabrın 22-də “Twitter” hesabında yazıb.

"Mənim hesablarıma kiberhücum edilib. Bunun üçün onlar kompüterlərə müdaxilə ediblər" – Korrea deyib. Onun sözlərinə görə, kiberhücum ABŞ-da yerləşən serverdən edilib, hakerlərin hədəfi fərdi məlumatları ələ keçirmək olub.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Korrea əminliklə deyib ki, hakerlər öz məqsədinə nail olmayacaq. "Bu, yüksək texnologiya və resursların tətbiqinə əsaslanan sistematik hücumlardır. Onlar keçməyəcək!" – Ekvador prezidenti “Twitter” hesabında yazıb.

Emil Hüseynov




24/11/14    Çap et