Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ümumdünya Poçt İttifaqının məktəblilər arasında keçirdiyi epistolyar inşa müsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə


Ənənəvi olaraq bu il də Ümumdünya Poçt İttifaqı bütün poçt müdiriyyətlərinə məktəblilər arasında epistolyar inşa müsabiqəsinin keçirilməsini və ölkənin Təhsil Nazirliyi ilə birgə təşkil olunmasını tövsiyə edərək keçiriləcək müsabiqəyə mövzu təqdim edib.

Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə (Bern şəhərinə) göndəriləcək.
 
Bununla əlaqədar olaraq 3 (üç) mövzu üzrə inşa müsabiqəsinə start verilib: “Birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, üçüncü mövzu isə Təhsil Nazirliyi  tərəfindən təklif edilib. Müsabiqənin mövzularına “Kiməsə məktub yaz və izah et: Sən hansı bir dünyada böyümək istəyərdin? (15 yaşa qədər olan məktəblilər)”, “Biz o torpaqlara qayıdacağıq!   (İlham Əliyev)”, “Xalq qəhrəmanları ilə tanınır” daxildir”.
 
Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 800 sözdən artıq  olmamalıdır.
 
Qaliblər üçün təyin edilmiş pul mükafatları:
 
1-ci yer – 3 nəfər – hər biri 150 manat                           (hər bir mövzu üzrə 1 nəfər)
2-ci yer – 6 nəfər – hər biri  100 manat                          (hər bir mövzu üzrə 2 nəfər)
3-cü yer – 9 nəfər – hər biri 80 manat                            (hər bir mövzu üzrə 3 nəfər)
Həvəsləndirici - 12 nəfər – hər biri 50 manat                 (hər bir mövzu üzrə 4 nəfər)
 
 
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən hər bir şagird inşa yazısını iştirakçı vərəqi ilə birlikdə  2015-ci il, martın 1-dək “Azərpoçt” MMC-yə (Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36) göndərməlidir.
 
 




24/11/14    Çap et