“eManat” terminallarının sayı 1600-ü keçib
Bu ilin mart ayında işə başlayan “Modenis” şirkətinin “eManat” terminallarının sayı 1600-ü keçib.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu ilin sonunadək “eManat” şəbəkəsində ödəniş terminallarının sayının 1700-dək artırılması gözlənilir.
Hazırda “eManat” terminalları Bakının və bölgələrin ən müxtəlif ictimai məkanlarında quraşdırılıb. Ödəmə terminalları vasitəsi ilə kommunal xidmətlər, mobil rabitə, internet, bank kreditlərinin geri ödənişi, bank kartları və s. ödənişləri həyata keçirmək mümkündür.
“eManat” vasitəsilə ödəmə xidmətləri pulsuzdur. Bu terminallar həftənin bütün günləri, sutkada 24 saat ərzində işləyir. Terminallarda “Kassam.az” onlayn ödəmə sisteminin balansını artırmaq, kommunal xidmət, mobil operator, İnternet, TV, bank, oyun və s. ödənişləri “eManat” terminalında edib rahatlıq və dəqiqlikdən faydalanmaq olar.
Aynur Vəliyeva