Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ekspertlər: Növbəti il “DDoS” hücumlarının böyük hissəsi Asiyanın payına düşəcək
“Black Lotus” informasiya təhlükəsizliyi şirkətində çalışan mütəxəssislərin məlumatına görə, 2015-ci ildə Vyetnam, Hindistan və İndoneziya mobil telefonlara müdaxilələrin sayının artması sayəsində “DDoS” hücumlarının əsas mənbəyi olacaq.
"ICTnews" elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, 2014-cü il iyulun 1-dən sentyabrın 29-na kimi dövrü əhatə edən rüblük hesabata əsasən, təhlükəsizliyə təhdidə görə Vyetnam Çin, ABŞ, Rusiya və Almaniyadan sonra beşinci pillədə qərarlaşıb.
Mütəxəssislər bildirib ki, Vyetnam, Hindistan və İndoneziya genişmiqyaslı “DDoS” hücumlarının həyata keçirilməsi üçün lazımi buraxılış zolağına malik deyil, amma müdaxilə edilmiş xeyli qurğunun, xüsusilə smartfonların mövcudluğu adıçəkilən ölkələri yeni botnet yaradılması üçün əla meydançaya çevirir.
“Black Lotus” şirkətinin həmtəsisçisi Şon Merkin proqnozuna görə, növbəti il “DDoS” hücumlarının sayı azalacaq.
Emil Hüseynov
25/11/14 Çap et