Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvan MR-də informasiya və rabitə xidmətlərinin həcmində artım qeydə alınıb
Cari ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin həcmi 39 milyon 715 min manat olub.
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə 2014-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair hesabatda məlumat verilib.
Hesabatda göstərilir ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.
Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 33 milyon 600 min manat olmaqla bir il öncəki göstəricini 0,9 faiz üstələyib.
CAHANGİR
25/11/14 Çap et