Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreyada “selfie” üçün ştativlərin satışı qadağan olunub


Koreya Respublikasının hökuməti “selfie” çəkilişi üçün ştativlərin satışını qadağan edib. Qadağa onunla bağlıdır ki, qurğularda mobil telefon kamerasının uzaq məsafədən aktivləşdirilməsi üçün istifadə edilən “Bluetooth” modulları ölkədə lazımı qaydada sertifikatlaşdırılmayıb.
 
Qadağanı pozanları üç ilədək həbs cəzası və ya 30 milyon von (27 min dollar) məbləğində cərimə gözləyir.
 
Ölkənin Elm Nazirliyi bildirir ki, problem “Bluetooth” modulun olmasına görə qurğuların rabitə avadanlığı kateqoriyasına aid edilməsi səbəbindən onların satışdan əvvəl elektromaqnit şüalanma səviyyəsi üzrə yoxlanmadan keçməməsi ilə əlaqədardır.
 
“Selfie” üçün adi ştativlərin minimal qiyməti 5 dollardan başlayır. Onlardan tez-tez qrup avtoportretlərin yaradılması üçün istifadə edilir, - "Lenta” yazır.
 




25/11/14    Çap et