Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərbaycanda internetin bu günü və sabahı” layihəsi çərçivəsində bloqgerlik kursları fəaliyyətə başlayıb
“Aztelekom” İstehsalat Birliyi və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə “Azərbaycanda internetin bu günü və sabahı” layihəsi çərçivəsində bloqgerlik kursları fəaliyyətə başlayıb.
Kursun açılış mərasimində çıxış edən YAP Yasamal rayon təşkilatı gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev informasiya cəmiyyətinin qurulmasında internetin, xüsusən bloqların rolunun vacibliyini bildirib. Qloballaşan dünyada ölkəmizin nüfuzunun gündən-günə artdığını diqqətə çatdıran natiq bu inkişafda gənclərin rolunu xüsusi vurğulayıb. YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirib.
Layihənin meneceri, “Aztelekom” İstehsalat Birliyinin strateji araşdırmalar şöbəsinin rəisi Mədinə Əliyeva Azərbaycan gənclərinin milli internet xidmət növlərinin yaradılmasında yaxından iştirakının vacibliyini qeyd edib.
Çıxışlardan sonra kurslara start verilib.
25/11/14 Çap et