Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Parol dövrünə son
İnformasiya təhlükəsizliyinin təmini məhsulları üzrə ixtisaslaşmış “McAfee” şirkəti istfadəçiləri parol və loqinlərdən xilas edəcək xüsusi proqram təminatının hazırlanması haqda məlumat verib.
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Intel” şirkətinin “PC Client Group” bölməsinin direktoru və baş vitse-prezidenti Kirk Skauqen deyib ki, cari ilin sonunadək “McAfee”nin biometrik autntifikasiya sistemindən istifadəyə əsaslanan proqram həllinin buraxılışı planlaşdırılır.
"Biometrik məlumatlar ilk növbədə sizi “Windows” sisteminə daxilolma zamanı parol daxil etmək ehtiyacından xilas edəcək və nəticədə bu imkan bütün veb saytlarda tətbiq ediləcək" – Kirk Skauqen deyib.
Hazırlanan məhsul haqda hələ ki daha ətraflı informasiya yoxdur. Amma, onsuz da, parol müdafiəsi məlumatların təhlükəsizliyinin təmini üçün ən rahat və effektiv üsul deyil. Məhz biometrik autentifikasiya sistemi fərdi kompüter və planşetlərdən istifadə zamanı əsas narahatlıqlardan birinin aradan qaldırılmasında kömək edə bilər.
Emil Hüseynov
25/11/14 Çap et