Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” yeni rekorda imza atıb


“Apple”ın səhmləri noyabrın 25-də “Nasdaq” birjasında yeni rekorda imza ataraq hərrac günü 1 səhm üçün 119,75 dollar olub.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni rekord əsasında hesablanmış “Apple”ın bazar kapitallaşması şirkətin tarixində ilk dəfə 700 milyard dolları ötərək 702,9 milyard dollar təşkil edib. İndiyədək ABŞ-ın heç bir şirkətinin kapitallaşması 700 milyard dolları ötməyib.
Müqayisə üçün qeyd edək ki, “Microsoft”un kapitallaşması təxminən 390 milyard dollar, “Google”da isə 367 milyard dollar məbləğində qiymətləndirilib. Bazar qiymətinə görə (405 milyard dollar) dünyanın ikinci şirkəti “Exxon Mobil” neft nəhəngidir.
 
Bayramqabağı “iPhone 6” və “iPhone 6 Plus” smartfonlarına rekord tələbat haqda ekspertlərin proqnozları, həmçinin bu yaxınlarda “Apple Watch” “ağıllı” saatının bazara çıxarılması fonunda “Apple”ın səhmlərinin dəyəri artır.
 
Emil Hüseynov




26/11/14    Çap et