Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bundan sonra bələdiyyə orqanları ödənişləri poçt vasitəsilə həyata keçirə bilərlər


Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə təqdim edilən məsələlər bələdiyyələrin fəaliyyətini tənzimləyən qanun layihələrinə dəyişiklik edilməsi ilə bağlıdır.
 
Komitə sədri Arif Rəhimzadə bildirdi ki, müzakirəyə çıxarılan  “Bələdiyyələrin maliyyə əsasları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin vergi xidməti orqanı  haqqında  Əsasnamənin  təsdiq  edilməsi haqqında”  qanunlara  texniki xarakterli dəyişikliklər  edilməsi  nəzərdə  tutulur.
 
Düzəlişlərə  əsasən bundan  sonra  bələdiyyə orqanları ödənişləri  nağd  şəkildə  yox,  poçt  və ya bank vasitəsilə həyata  keçirə bilərlər.  Bu günəcən onlara ancaq dotasiyalar ayrılırdısa, bundan sonra subvensiyalar da ayrılacaq.
 
 
İclasda iştirak edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəhbəri Mehdi Səlimzadə bələdiyyələrin fəaliyyətindən danışıb, qarşıdan  gələn bələdiyyə seçkilərinə hazırlıqlar barədə məlumat verib. O, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq istəyən insanların sayının artdığını vurğulayaraq qeyd edib ki, qanun layihələrində edilən dəyişikliklərin böyük əhəmiyyəti var. 
 
 
Müzakirələrdən  sonra qanun layihələri Milli Məclisin plenar iclasına  tövsiyə olundu.
 
 
SEYMUR




26/11/14    Çap et