Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IDC”: Qlobal kompüter bazarında artım tempi yüksələcək


“International Data Corporation” (IDC) tədqiqat şirkəti cari il üçün qlobal fərdi kompüter (FK) bazarı üzrə proqnozunu yüksəldib.

Analitiklər bildiriblər ki, masaüstü və noutbuklara tələbatla bağlı vəziyyət istehsalçılar üçün gərgin olaraq qalır.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin nəticəsinə görə, “IDC” əməkdaşları qlobal FK buraxılışını 306,7 milyon səviyyəsində hesablayıblar ki, bu da ötən illə müqayisədə 2,7% daha azdır. Ekspertlər bundan əvvəl tədarüklərin həcminin 3,7% səviyyəsində olacağını gözləyiblər.

Mütəxəssislər bildiriblər ki, 2014-cü ilin üçüncü rübündə şirkətlərin tədarük etdiyi kompüterlərin həcmi ötən illə müqayisədə 0,5% azdır. Ancaq regional bazar və əksər brendlər üçün FK satışları ilə bağlı vəziyyətin yaxşılaşması yalnız qısamüddətli haldır, orta və ya uzunmüddətli perspektivdə tələbatın bərpasından xəbər vermir.

İnkişaf etmiş regionlarda noutbuk və masaüstü FK-in satış həcmi daha aktiv artır.

Analitiklər deyiblər ki, 2014-cü ilin iyul-sentyabrında Qərbi Avropa və Yaponiya gözləniləndən daha yüksək göstəricilər nümayiş etdiriblər. Ancaq bu yüksəliş “Microsoft” korporasiyası tərəfindən “Windows XP” dəstəyinin dayandırılması və yeni il qabağı elektronika satışlarının “bum”u kimi müvəqqəti amillərlə bağlıdır.

Emil Hüseynov




26/11/14    Çap et