Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ikinci qrant müsabiqəsinə təqdim edilən layihələrin ekspertizasını həyata keçirir


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ikinci qrant müsabiqəsinə təqdim edilən layihələrin ekspertizasını həyata keçirir.

Gələn ayın ilk ongünlüyü ərzində  ekspertizanın nəticələri açıqlanacaq.

Xatırladaq ki,  ikinci qrant müsabiqəsinin mövzusu innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması, o cümlədən tətbiq sahələri: e-ticarət, e-xidmətlər, mobil həllər, istehsalyönümlü yeni məhsullar və texnologiyalar, xidmətlərin hazırlanmasıdır.
 
Aynur Vəliyeva  





26/11/14    Çap et