Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Dell” texnikası Azərbaycanda "Next Business Day" zəmanəti ilə təmin ediləcək
Dünya informasiya texnologiyaları və kompüter texnikası sahəsində lider olan “Dell” şirkəti Azərbaycanda öz məhsullarına zəmanət servis xidmətləri göstərəcək.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, şirkət Azərbaycanda istehsal etdiyi kompüter texnikası və digər avadanlıqlar üçün nəzərdə tutulmuş ehtiyat hissələri anbarı yaratmaq və logistika xidmətləri göstərmək niyyətindədir.
“Qaynar xətt”in yaradılması yerli istehlakçılara və ölkəyə gələn qonaqlara, onların kompüter texnikasında hər hansı nasazlıq müşahidə olunduqda servis xidmətindən istifadə etməyə imkan verəcək. Mühəndis xidmətlərini isə “Dell” şirkətinin yerli tərəfdaşları göstərəcəklər.
Artıq Azərbaycanda satılan “Dell” texnikası "Next Business Day" zəmanəti ilə təmin ediləcək, bu da müştəriyə genişçeşidli servis müqaviləsindən istifadə etmək imkanı verəcək. Hazırda bu təcrübə artıq Ukraynada “Dell” şirkəti tərəfindən uğurla istifadə edilir.
Aynur Vəliyeva
26/11/14 Çap et