Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ildə mobil modemlərin satış həcmi 50% azalacaq


Dünyada dördüncü nəsil şəbəkələrin çox sürətli yayılması smartfonların satış həcminin artımına imkan yaradır, amma mobil şəbəkələrə qoşulmağa imkan verən başqa istehlak qurğularına tələbat artmır.

“Strategy Analytics” tədqiqat şirkətinin ekspertləri modem və giriş nöqtələrini qiymətləndirib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin qiymətləndirməsinə görə, 2013-cü ildə qlobal bazara 87 milyon mobil genişzolaqlı modem və marşrutlayıcı buraxılıb ki, bu da  ötən illə müqayisədə 17% daha azdır. Ekspertlər cari ildə sözügedən bazarda 24%-lik azalma olacağını proqnozlaşdırıblar.

“Strategy Analytics Cellular Mobile Broadband OEM Vendor Market Share 2005-2014” hesabatında yazılıb ki, mobil modem və routerlərin satışı bir neçə səbəbdən aşağıdır. Birincisi, fərdi kompüterlərə tələbatın azalması buna təsir edir. İkincisi, operatorlar özləri üzərində mobil internet tarifi olmaqla planşet və smartfonların satışı ilə USB modemlərə tələbatı azaldır.

Mütəxəssislərin qiymətləndirməsinə görə, 2013-cü ildə mobil genişzolaqlı modemlərin satış həcmi 22% azalaraq 7 milyard dollar təşkil edib. 2012-ci ildə bu göstərici 9 milyard dollar qiymətləndirilib.

Emil Hüseynov




27/11/14    Çap et