Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyada Fudzisava "ağıllı şəhəri" rəsmən açılıb
Yaponiyada Fudzisava "ağıllı şəhər"inin açılış mərasimi keçirilib. Tokiodan bir saatlıq məsafədə yerləşən qəsəbə gələcəyin enerji səmərəli, ekoloji və rahat şəhərləri üçün model kimi düşünülüb.
Layihə “Mitsui & Co”, “Accenture”, “Tokyo Gas” daxil olmaqla Yaponiyanın bir sıra firmalarının iştirakı ilə “Panasonic” şirkəti tərəfindən reallaşdırılıb.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, hazırda Fudzisava “ağıllı şəhərində" artıq təxminən yüzlərlə ev tikilib və satılıb, layihə isə 1000 ailə üçün hesablanıb. Yüksəktexnologiyalı qəsəbə “adi” Fudzisava şəhərində 19 hektar ərazini tutur. Ötən əsrin 60-cı illərinin ortalarından bu meydançada bir neçə on illiklər “Panasonic”in məişət texnikası və elektronika istehsalı yerləşib.
Layihə yaradıcılarının fikrincə, "gələcəyin şəhəri" ilk növbədə enerji səmərəli olmalıdır. Fudzisavada hər bir ev günəş panelləri ilə təchiz edilib. Xüsusi “ağıllı” sistem enerji sərfiyyatı optimallaşdıraraq qurğuların məlumat mübadiləsinə imkan verir.
Bütün bu avadanlığı “Panasonic” korporasiyası tədarük edir, şirkətin bölməsi “PanaHome” evlərin tikintisi ilə məşğul olur. Layihəçilərin hesablamalarına görə, təbii fəlakət və milli elektrik şəbəkəsindən elektrik təchizatının dayandırılması halında şəhər öz sakinlərini üç gün ərzində elektrik, rabitə və hətta isti su ilə təmin edəcək. “Fudzisava ağıllı şəhəri” elektrik enerjisinin 30%-ni alternativ bərpa olunan mənbələrdən əldə edəcək.
Emil Hüseynov
27/11/14 Çap et