Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron ödəmə sistemi qiymətlərə təsir etməyəcək
“Bakıda keçiriləcək Avropa Oyunlarına qədər nəqliyyatda elektron ödəmə sistemi həyata keçiriləcək”.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə verdiyi açıqlamasında söyləyib. O bildirib ki, elektron ödəmə sistemi təkcə avtobuslarda yox, eyni zamanda Bakı metrosunda da istifadə olunacaq.
Nazir müavini qeyd edib ki, nəqliyyatda kart sistemi martın 1-dən tam tətbiq olunacaq. Sistemin tətbiqi üçün hazırlıq işlərinin davam etdirildiyini deyən M.Pənahovun sözlərinə görə, burada həm nəqliyyat kartları, həm də digər bank kartlarından istifadə edilməsi məqsədəuyğun hesab olunur:
“Biz istəyirik ki bank kartları, yəni “Maestro”, “Viza”kartları da bu ödəmə sistemində iştirak etsin”.
Yeni sistemin qiymətlərə təsirinə gəldikdə isə nazir müavini qeyd edib ki, elektron ödəmə sistemi qiymətlərə təsir etməyəcək:
“İctimai nəqliyyatda qiymətlər mütəmadi olaraq müzakirə olunur. Amma bu gün gündəmdə deyil”.
SEYMUR
27/11/14 Çap et